Blog

IT xəbərlər : Pavel Durov-un həbsi və Telegram və kriptovalyuta dünyasına ehtimal edilən təsiri

IT xəbərlər : Pavel Durov-un həbsi və Telegram və kriptovalyuta dünyasına ehtimal edilən təsiri

Telegram-un qurucusu və baş direktoru Pavel Durov, 2024-cü il avqustun 24-də Fransada, Paris yaxınlığındakı Le-Bourget hava limanında şəxsi təyyarəsi enərkən həbs edilib. Həbs Fransız hakimiyyət orqanları tərəfindən Telegram platformasında kifayət qədər moderasiya edilməməsi və bunun nəticəsində narkotik ticarəti, uşaqlara qarşı cinayətlər və fırıldaqçılıq kimi bir sıra qanunsuz fəaliyyətlərə yol verilməsi ilə bağlı ittihamlarla əlaqədar verilmiş order əsasında həyata keçirilib.

Durov, Telegram platformasının müxtəlif qanunsuz fəaliyyətlər, o cümlədən kibertəzyiq, narkotik ticarəti və digər təşkil edilmiş cinayətkarlıq üçün istifadə edilməsinə mane olmaqdakı acizliyi ilə əlaqədar olaraq ilkin araşdırma çərçivəsində ittiham olunur. Onun yaxın zamanda məhkəmə qarşısına çıxması gözlənilir.

Bu hadisə Telegram-un nüfuzuna ciddi təsir göstərə bilər və kripto icmasında narahatlığa səbəb ola bilər, xüsusən də messencerin kriptovalyutalar haqqında məlumat mübadiləsi və əməliyyatlar aparılması üçün geniş istifadə olunduğunu nəzərə alsaq. Telegram-a təsir bunlarda ifadə oluna bilər: Durovun həbsi Telegram istifadəçilərində məlumatlarının və yazışmalarının təhlükəsizliyi ilə bağlı narahatlıq yarada bilər. Ola bilsin ki, şirkət rəhbərliyində yeni şəxslər qərar qəbul edəcək və bu, xüsusən məxfilik və təhlükəsizlik məsələlərində şirkətin istiqamətinə təsir göstərə bilər. Həbs həmçinin Telegram-u təhdid kimi qəbul edən müxtəlif ölkələrdə hüquqi dəyişikliklərə səbəb ola bilər ki, bu da şirkət üzərinə təzyiqləri artıra və müəyyən regionlarda xidmətin məhdudlaşdırılmasına və ya bloklanmasına gətirib çıxara bilər.

Kriptovalyuta dünyasında bu proseslər Durovun layihələrinə (məsələn, TON) təsir göstərə, kurs dəyişikliyi və kriptovalyuta bazarında dalğalanmalara səbəb ola bilər. Xüsusilə, Durovla əlaqəli olan kriptovalyutaların kurslarında dəyişikliklər müşahidə oluna bilər (TON kriptovalyutasının kursu 14% enib, həmçinin NOT kriptovalyutasının kursu aşağı düşüb və 26 avqustda birjalara çıxmalı olan DOGS kriptovalyutasına təsir göstərəcəyi ehtimal olunur).

Müəllif haqqında

Gülər Rəhimli

Son postlar

Yeniliklərdən və təkliflərdən ilk siz xəbər tutun