UI/UX dizayn:nədir və nə ilə fərqlənirlər
UI/UX
dizayner- dizayn və veb-saytların tərtibində geniş yayılmış anlayışdır. Gəlin
bu sahələrin nə barədə olduqlarını və nə ilə fərqləndiklərini öyrənək.
UX
(user experience-istifadəçi təcrübəsi)-bu sahə daha çox istifadəçinin məhsuldan
istifadəsi və onun hansı dərəcədə rahat olduğu barədədi. UX saytın
funksionalından istifadəni,navigasiyanı(yönləndirilməni),səhifədə olan ünsürlərdən(məsələn
axtarış xanası və s.) istifadəni nəzərdə tutur. Qısaca,UX istifadəçinin bir
saytda istədyinin nə qədər tez və rahat tapması barədədir.
UI
(user interface-istifadəçi interfeysi)-daha çox saytın zahiri görünüşünə-vizualına
cavabdehdir:şəkillər,mətnlər,rənglər və digər vizual elementlər.
UI və
UX adətən məhsulun tərtibində birlikdə istifadə olunurlar və bu səbəbdən bu iki
anlayış qarışdırıla bilər. Lakin onların aralarında mühüm fərqlərin olduğunu unutmamaq lazımdır. UX daha çox saytın
isitifadəçi üçün necə hiss edilməsi barədədi (yəni,məhsul istifadəçi üçün nə dərəcədə
komfortlu,operativ və s. cəhətlərdən hiss olunur). Lakin Uİ vizuala və
tamamlanmış məhsulun hansı görünüşdə olduğuna cavabdehdir.
Bəhs
edilən sahələrin oxşarlıqları olsa belə,mütəxəsisslər eyni bir məhsul üzərində
işləyərkən tamam fərqli öhdəlkləri vardır.Məsələn,UX saytın strukturunu tərtib
edir və prototipləri yaradır. Saytın "çərçivəsi" tərtib edildikdən sonra,UI
dizaynər saytın dizayn hissəsi ilə məşgul olur,məhsul üzərində işi bitirir və təqdim
edir.Həmçinin UI dizayner xırdalıqlar ilə daha çox məşğul olur.UX dizayner isə
daha çox məhsulun ümumi keyfiyyəti və istifadəçilər üçün rahat olması üçün
çalıışır.
Fikir
vermək olar iki,hər iki sahə fərqlənsələr belə, bir biri ilə əlaqələdir. Bəzən UX
dizayna UI-dan daha çox fikir verilir-məsələn,görünüşün çox da əhəmiyyətli olmayan
daxili iş sisitemlərində:belə sistemlərdə rahatlıq daha önəmlidir.Misal üçün
satış məqsədi ilə isitfadə olunan saytlarda UI dizayndan daha çox istifadə
olunur:alıcını saytın zahiri tərəfi və estetikasi ilə cəlb etmək üçün.
Sahələrin
fərqindən məlumatlı olduğumuzdan,mütəxəsisslərin nə etdiklərinə keçid etmək
olar. UX dizayner ilk öncə kontent strategiyasl ilə işə başlayır:istifadə
olunacaq kontenti seçir,incələyir və planlaşdırır. Kontentin tərtib prosesində,mütəxəsiss
həm də hədəf olan kütlənin maraqları barədə məlumat alır,və digər saytların
kontentinə nəzər yetirir.İkincisi,dizayner hazırladığı məhsulu test edir və ən
yaxşı versiyasına nail olmaq üçün prototiplər yaradır.Üçüncüsü,dizayner mütləq
istifadəçilərin maraqları barədə xəbərdar olmalıdır,və hətta əlavə məlumat üçün
fərqli sorğular keçirə bilər.
UI
dizaynerin əsas öhdəliklərindən yekun məhsulda brendin tərzini əks etdirməkdir.O
bunu müəyyən rənglər,şriftlər və s. seçərək edir. Saytı isitifadəçi üçün daha cəlbedici,interaktiv
və maraqlı olması üçün fərqli animasiyaları yaradılması( məsələn sayta klik
etdikdə hansısa animasiyaların göstərilməsi) da UI dizaynerin işinə aiddir.
Uyğun dizaynı yaradarkən, mütəxəsiss həm də məhsulun fərqli cihazlarda istifadə
olunacağını da nəzərə almalıdır,bu səbəbdən istifadə üçün çevik bir dizayn
yaradmalıdır.
Təqdim
olunan məqələdə UI/UX nə olduğunu və onların müasir İT dünyasında yerlərini öyrəndik.
Sözügedən sahələrdə kifayət qədər bilikləriniz olsa,siz həm istifadə üçün
rahat,həm də görünüşcə cəlbedici bir məhsul yarada bilərsiniz.