ChatGPT fenomeni
Hamımız
gündən günə məhşurluğu artan neyro-şəbəkə barəsidnə məlumatlıyıq. Lakin
insanları çox hissəsi həmin botu istifadə etməyə ehtiyat edir və hələ də işlətməyi
yoxlamayıb. Gəlin ChatGPT haqqında ən yayılan suallara baxaq və onları cavablandırmağa
çalışaq.
·
ChatGPT nədir?
İlk öncə gəlin bu ifadənin açılışına baxaq:
GPT- Generative Pre-trained Transformer, daha dəqiq isə generasiya edən qabaqcadan
öyrədilmiş transformer. İlk öncə bu, chat formasında mövcud olan, süni
intellektə əsaslanan bir botdur. Chatın dialoq formasında olduğuna görə,bot
sizinlə sadə dillə danışır,guya söhbət edən bir adamdır. Siz onunla danışa,sual
verə,sizin üçün nəyisə yazmağı xahiş edə bilərsininz,və həm də o sizə sadə dillə
cavab verəcək və siz hətta ondan daha da sadə danışmağını xahiş edə bilərsiniz.
Neyroşəbəkə sizin suallara açıq mənbələrdən
istifadə edərək cavab verir: internetdən,kitablardan,jurnallardan və s. Beləliklə,məsələn,
siz sual versəniz,o sizə əsas məqamları daxil edən ümumi cavab verəcək.
·
ChatGPT-yə güvənmək olarmı?
Bu sual həmin botdan ehtiyatlı olan bir çox
adamı narahat edir. Botu yaradan mütəxəssislər ona məxfi məlumatları deməyə
tövsiyə etmirlər,çünki neyroşəbəkə məlumatları yadında saxlayır. Fərz edək
ki,siz bot ilə söhbət edirsiniz,və söhbətin axırında siz onun başlanğıcı barəsində
sual versəniz onun yadında qalacaq. Bu səbəbdən yenə də şəxsi məlumatlarınızı
bota deməyə ehtiyat edin. Həm də təcrübədə belə bir hal olmuşdur: neyroşəbəkədə
mövcud olan bir səhvə görə,digər insan ilə yazışma başqa insanlarda görsənmişdir.Səhv
nəticədə düzəlmişdir,lakin yenə də ehtiyatlı olmaq lazımdır. Əgər siz bota
cinayət motivləri olan bir sual versəniz,böyük ehtimal o “mən dünyada olan
yaxşılığa dəstək olmaq üçün mövcudam” deyə bir cavab verəcək. Həm də,neyroşəbəkəni
yaradanlar, botu maksimal dərəcədə tolerant etməyə çalışıblar,bu səbəbdən həssas
mövzülardan olan suallara mənfi cavab almağınız qeyri-mümkündür.
·
Botu necə istifadə etmək olar?
ChatGPT-dən geniş kontekslərdə istifadə etmək
olar. Məsələn siz ondan hansısa tarixi mövzunu başa salmağı,və ya hətta
mini-inşanı yazmağı xahiş edə bilərsiniz. O mətnəri tərcümə etməyi,onları
qısaldıb danışmağı, fərqli motivli şəkilləri yaratmağı,sadə kodları yazmağı və
digər funksiyaları yerinə yetirməyi bacarır. Lakin bot bəzi hallarda işini tam
keyfiyyətli şəkildə yerinə yetirmir. Misal üçün,mətnləri tərcümə edərkən səhvlərə
rast gəlmək olar, hər suala da düzgün cavab vermir (adətən konkretika,yəni dəqiqlyi
olmayan ümumi cavablar verir). Bu səsəbdən bota tam güvənmək lazım deyil və məlumatı
yoxlamağa ehtiyac var.
·
ChatGPT təhlükəlidir mi?
Bot özü özlüyündə təhlükəsiz olsa da,bəd
niyyətlə istifadə oluna bilər. Məsələn xakerlər ondan ziyanlı kod yazmağı xahiş
edə bilər,və ya hücumçular ondan fişinq məqsədi ilə istifadə edə bilərlər.
Kibertəhlükəsizlik kontekstində bu bot ilə ehtiyatlı olmaq lazımdır. Nəzərə
alsaq ki, neyroşəbəkə məlumatları açıq mənbələrdən əldə edir,məlumatlrın
obyektiv olmaması və hücumçular tərəfindən bilə bilə yayıldıqlarını gözləmək
olar. Həm də məlumatların internetə sızma ehtimalını unutmaq lazım deyil.
·
Hansı peşələri əvəz edə bilər?
Suala botun özü belə cavab verir: məlumat analitikası və maşın öyrənməsi, maliyyə
təhlili və proqnozlaşdırma, tibbi diaqnostika,müştəri xidməti
və chatbotlar,istehsal və robot texnikası,tətbiqi proqram təminatının sınaqdan
keçirilməsinin avtomatlaşdırılması,kontent marketinqi və kontentin fərdiləşdirilməsi,nəqliyyat
və logistika,bazar tendensiyalarının və investisiyaların proqnozlaşdırılması,risklərin
idarə edilməsi və məlumatların təhlükəsizliyi. Həmçinin,tibb,təhsil,psixologiya
və incəsənət sahələrəni əvəz edə bilməyəcəyini söyləyir.
ChatGPT barədə ən çox verilən suallar
idi. O sizin üçün yaxşı bir köməkçi ola bilər,bu səbəbdən ondan ehtiyat etməyə ehtiyac
yoxdur.