"Cookies" faylları nədir?

Hər gün vebsaytlara daxil olanda, qarşımıza çıxan pop-up pəncərədə
cookies qəbul edərək istifadə şərtlərini qəbul etdiyimizi bildirən bir mesaj
görürük. Çox vaxt bu istəyi qəbul edirik və davam edirik. Lakin,hər zaman
gördüyümüz bu fayllarn
mənasını bilirikmi?
Cookies (kükilər) - bütün vebsaytların sizin cihazınızda
saxladığı kiçik mətn fayllarıdır. Bu mətn faylları sayta daxil olmanız və
oradakı hərəkətləriniz haqqında məlumatları saxlayır. Məsələn, parollar, seçimlər,
parametrlər haqqında məlumatlar – bunların hamısı cihazınızda saxlanılır. Bu məlumatlar
hər bir ziyarətçi üçün ayrıca yaradılır, sizin ID-niz saxlanılır və növbəti dəfə
sayta daxil olduqda serverə qoşularkən sizin ID-niz tanınır və əvvəlki ziyarətlərinizin
nəzərə alınması ilə məlumatlar göstərilir.
Adətən vebsaytlar üç növ cookies fayllarından birini istifadə
edirlər:
1. Sessiya cookies-ləri - Adından da göründüyü kimi, bu
cookies faylları istifadəçi brauzeri bağlayana qədər saxlanılır. Bu cür
cookieslər sessiyaları idarə etmək üçün istifadə olunur və brauzer bağlandıqdan
dərhal sonra silinir.
2. Daimi cookies-lər - Bu fayllar müəyyən müddət ərzində və
ya istifadəçi özü onları silənə qədər cihazda saxlanılır. Onlar adətən istifadəçinin
sayta təkrar daxil olarkən məlumatları yenidən daxil etməməsi üçün istifadə
olunur.
3. Üçüncü tərəf cookies-ləri - Bunlar vebsaytın öz faylları
deyil, üçüncü tərəf xidmətlərinin fayllarıdır. Məsələn, reklam xidmətləri sizin
məlumatlarınızı izləyə və
hərəkətlərinizə əsasən reklamları göstərmək üçün bu cookies-ləri istifadə edə
bilərlər.
Cookies fayllarının istifadəsi ilə bir neçə məqsədi izləmək mümkündür.
1. Sessiyaların idarə edilməsi.
Sayta təkrar daxil olarkən məlumatlarınızı yenidən daxil etməyə
ehtiyac olmur,
çünki onlar artıq cihazınızda saxlanılır. Bununla sayta daxil olduqda, sayt
sizi tanıyır: məlumatlar, parollar, seçimlər. Əldə olan məlumatlar əsasında sizə
müəyyən məlumatlar, reklam və s. təqdim edilir.
Şəxsi məlumatlarınızın,
seçimlərinizin, məsələn, dillərin, reklamların saxlanılması da əsas məqsədlərə
daxildir. Hər bir istifadəçinin məlumatlarını fərdiləşdirərək, onların
maraqlarına uyğun məlumatların təmin edilməsi daha asandır və beləliklə istifadəçilərin
maraqlarında daha da uyğun olur.
Saytdakı hərəkətlərinizi,
məsələn, müəyyən səhifələri ziyarət etməyinizi və orada keçirdiyiniz vaxtı izləyərək,
statistik məlumatlar yaradıla bilər. Bu məlumatlar saytın,kontentin və istifadəçi
təcrübəsinin təkmilləşdirilməsinə kömək edəcək.
Yuxarıda qeyd
edildiyi kimi, reklam xidmətləri sizin seçimlərinizi və hərəkətlərinizi izləyərək,
sizi maraqlandıra biləcək reklamları təqdim edir.
Yuxarıda qeyd edildiyi kimi, siz cookies fayllarını qəbul
etmək və ya rədd etmək hüququna maliksiniz. Gəlin, hansı tədbirləri görə biləcəyinizi
nəzərdən keçirək. İlk növbədə, istənilən vaxt brauzer ayarlarından cookies
fayllarını silə bilərsiniz. Həmçinin, bütün cookies fayllarını və ya yalnız
üçüncü tərəf cookieslərini bloklamaq funksiyasını aktivləşdirə bilərsiniz. Eyni
zamanda, müəyyən vebsaytlar üçün cookies fayllarını idarə etməyi seçə bilərsiniz,
məsələn, müəyyən saytlarda istifadəsinə avtomatik olaraq icazə və ya qadağan etmək.
Nəticə olaraq, qeyd etmək lazımdır ki, cookies faylları
müasir dövrdə vebsaytların istifadəsini rahatlaşdırmaqda mühüm rol oynayır. Bu
sistemin istifadəsi həm istifadəçilər, həm də sayt yaradıcıları üçün çoxlu müsbət
cəhətlər yaradır. Lakin, məxfilik məsələsində ehtiyatlı olmaq və məlumatların təhlükəsizliyini
maksimum təmin etmək üçün cookies fayllarını idarə etməyi bacarmaq vacibdir.