Blog

Kiber təhlükəsizliyin həyatımızda əhəmiyyəti

Kiber təhlükəsizliyin həyatımızda əhəmiyyəti

Hər birimizin gündəlik həyatında internet əhəmiyyət daşıyır. Cihazalarımızda sənədlər,bank kartlarımız barədə kifayət qədər məlumat vardır. Şəbəkələrdə şəxsi məlumatlarımızın qorunmasını və təhlükəsizliyin təmin oluması məqsədi ilə kiber təhlükəsizlik kimi yeni sahə yaranmışdır. Bu sahənin mütəxəssisləri cihazların və şəbəkələrin təhlükəsizliyini qorumağa və kompüter informasiya sahəsində olan cinayətlərin qarşısını almağa çalışırlar. Gəlin bu maraqlı sahə barədə daha da çox məlumat alaq.

İlk öncə kiber təhükəsizliyin əsas məqsdələrinə nəzər yetirək.

  • ·       Təhlükəsizliyin təmini

Təqdim olunan sahədə əsasən şəbəklərin,software(proqram təminatı),cihazların,məlumat bazasının və digər şəxsi məlumatlar olan mənbəllərin təhlükəsizliyi təmin edilir. Adətən, böyük şirkətlər bu növ hücumlara məruz qalırlar və böyük həcmli məlumatlarını itirirlər. Oğurlanan məlumatlar şantaj,rəqiblərə satılmaq və ya internetdə yayılma məqəsədi ilə istifadə oluna bilərlər. Kiber hücümlar böyük şirkətlər üçün real bir təhlükədir,və reputasiyalarına mühüm təsir göstərə bilər. Bu səbəbdən,sahənin mütəxəssisləri mütləq şəkildə qoruma sistemini quraşdırırlar,və mövcud olan sistemdə çatışmamazlıqları düzəldirlər.

  • ·       Gələcək təhlükələri görmək və onların qarşısını almaq

Hər an hesablara təhlükə yaradan bir hadisə baş verə bilər. Kiber təhlükəsizliyin məqsədi vaxtında bu hadisələrə fikir vermək və tezliklə qarşısını almaqdır.Məsələn,kiber təhlükələrə qarşı görülən tədbirlərdən biri şübhəli hesabın vaxtında bloklanması və ya ondan məhdud istifadə imkanı verməkdir.

  • ·       Məlumatların qorunması

İsitfadəçinin məlumatları(məsələn,telefon nömrəsi,e-mail,hesabın şifrəsi) hər vaxt qorunmalıdır və istifadəçinin özünə əlçatan olmalıdır. Hesab heç bir halda istifadəçi üçün itirilməməlidir,bu səbəbdən müvafiq mühafizə (məsələn ikifaktorlu autentifikasiya və s.) təmin olunmalıdır.

  • ·       İşçilərin bilgili olması

Şəbəkələr,proqramlar və istifadəçilərin şəxsi məlumatları ilə işləyən hər əməkdaş kiber təhlükəsizliyin əsas qaydalarından xəbərdar olmalıdı.Məsələn, ümümi WI-FI şəbəkəsi ilə şirkətin software-nə qoşulma hücüm üçün şərait yarada bilər. Və ya iş hesabı vasitəsi ilə şübhəli linklərə keçid. Belə təhlükləli halların qarşısını almaq üçün,hər işçi əsas qaydaları bilməlidir və onlara riayət etmək məcburiyətindədir.

Özümüzü kiber-təhlükələrdən necə qoruya bilərik?

  • ·        İlk öncə,şübhəli linklərdən istifadə etməmək,xüsusi ilə əgər tanınmayan bir hesab tərəfindən gödərilirlərsə. Şübhəli saytlardan ya da mesaj vasitəsi ilə göndərilən məlum olmayan faylları yükləməmək.
  • ·       Mürəkkəb,güvənilən,bir neçə işarə,rəqəm,nişanlardan ibarət olan şifrələri yaratmaq.
  • ·       İkifaktorlu autentifikasiyandan istifadə etmək.
  • ·       Şübhəli SMS-lərdən keçid almamaq,xüsusi ilə əgər banklar və ya dövlət qurumları tərəfindən göndərilərlərsə (onların adından istifadə edilir).
  • ·       Yoxlanılmış antivirus proqramlarını yükləmək.
  • ·       Mütəmadi olaraq məlumatlarınızın rezerv kopyalamasını(backup) keçirmək. Rezerv kopyalama məlumatların itmə halında onların bərpa olunmasına şərait yaradacaq.
  • ·       Sosial şəbəkəlrədə publik şəkildə şəxsi məlumatlarınız,şifrələriniz,bank hesabınızın məlumatları ilə bölüşməmək.


Hər birimiz kiber təhlükə ilə qarşılaşa bilərik. Müvafiq tədbirlər görüldüyü təqdirdə,biz kiber hücümlara düzgün cavab verib,məlumatlarımızı qoruya biləcəyik.

Müəllif haqqında

Gülər Rəhimli

Son postlar

Yeniliklərdən və təkliflərdən ilk siz xəbər tutun