Logoların hazırlanmasında rəng seçimi və koloristikanın əhəmiyyəti.
Logonun
hazırlanmasında mühüm mərhələlrdən biri rəng seçimidir. Statistikaya əsasən
alıcının logonu görəndə diqqət verdiyi birnci məqam rəngdir, və 60% hallarda
alıcının seçiminə məhz bu faktor təsir göstərir. Rənglərin mənalarına və onlara
məxsus auralarına fikri verməklə, özünüz üçün ideal loqonu yarada bilərsiniz.Təqdim
olunan məqalədə rənglər haqqında sizə maraqlı olacaq məlumatlar verilmişdir.
1.Rənglərin mənaları və müştəriyə təsiri.
1.1.
Qırmızı.
Qırmızı
rəngin güc,çeviklik,gənclik,güvən kimi mənaları vardır. Vurğulanan rəng insanın
sinir sisteminə güclü təsir göstərdiyindən,daha çox dinamika (hərəkət) və ya
tez diqqəti cəlb etmək üçün istifadə olunur. Yemək məntəqələri(xüsusi ilə fast food),idman
zalları və ya enerji içikləri kimi olan sahələrdə adətən istifadə olunur.
1.2. Qara.
Qara
rəng zəriflik,keyfiyyət, lüks kimi əlamətlərin göstəicisidir.Adətən qara rəngə
üstünlük tutan brendlər,müştərilərin zərifliyə və elegantlığa olan maraqlarını
nəzərə alırlar. Daha çox qara rəngli loqolar ağ rəng ilə istifadə olunur,monoxrom
(ağ-qara) formsında əksini tapır.
1.3.
Ağ.
Saflıq,sadəlik
və təravət-ağ rəng ilə assosisiya olunan anlayışlardılar. Neytral rəng
olaraq,ağ,adətən fon kimi digər rəngləri vurğulamaq və aydınlatmaq üçün istifadə
olunur. Təcrübədə,daha çox texnologiya şirkətləri,səhiyyə və lüks brendlər tərəfindən
üstünlük verilir.
1.4.
Sarı.
Xoşbəxtlik,optimizm,sevinc-sarı
rəngi xarakterizə edən əlamətlərdir. Qırmızı rəng kimi,müştəriləri hərəkətə
çağıran bir rəngdir və yemək sənayəsi,uşaqlara yönələn xidmətlərdə və avtomobil
sənayəsində isitfadə olunur. Məhşur yemək məntəqəsi olan “McDonald’s”-ın məhz
sarı və qırmızı rənglərə üstünlük verməsi heç təsadüf deyil-fast food məntəqəsi
olaraq,logosu, müştəriləri sanki hərəkətə və çevikliyə çağırır.
1.5.
Yaşıl.
Yaşıl
rəng harmoniya,balans, sakitlik və sağlamlıq göstəricisidir. Əgər Siz loqonu
çox da açıq rəngli və ya yüklənmiş etmək istəmirsinizsə,neytral rəng olan
yaşıla üstünlük verə bilərsiniz. Sağlamlıq,eko-məhsullar və kosmetoloqiya kimi
sahələrdə geniş istifadə olunur.
1.6.
Göy.
Göy rəng
soyuq rəng qrupuna aid olsa belə sakitləşdirir,fikirləri aydınlaşdırır və əminlik
simvolu kimi çıxış edir. Maliyyə,hüquq,texnologiya və bank xidmətlərində geniş
iştifadə olunur. Əgər müştərinin güvənini almaq istəyirisinizsə,göy rəngə mütləq
üstünlük verin.
2.Rənglərin uyğunluğu.
Bir
neçə elementdən ibarət olan loqolarda 2 və ya daha çox rənglərdən istifadə
olunurkən mütləq o rənglərin uyğunluğuna fikir verilməlidi. Koloristikada “soyuq-isti”
rənglər kimi bir neçə anlayışalr var,hansılar ki sizə uğurlu rəng seçimi üçün
kömək edə bilərlər. İnternetdə geniş şəkildə “rəng sxemləri” mövcüddur,hansılar
ki sizə gələcək seçiminizdə kömək göstərə bilərlər.
Yuxarıda əks olunan məlumatlara diqqət yetridikdən
sonra, rənglərin,dərk etməsək belə, bizə və seçimlərimizə necə də təsir göstərdiyini
görə bilərik. Bu məlumatları nəzərə olaraq,daha avantajlı (üstün) olub, sırf
sizə uyğun ideal logonu yaratmaq daha da mümkün olacaqdır.