AIOps: İT sahəsində tədbiqi

Hər kəs
Süni İntellekt və onun gündəlik həyatımızda
artan əhəmiyyətindən məlumatlıdır: məişətdə, sosial şəbəkələrdə,təhsildə, ChatGPT
isə bir çox adamın sevimli köməkçisinə çevrilmşdir. Süni İntellekt (bundan
sonra Sİ) IT sahəsini kənarda qoymamışdır və geniş olaraq orada tədbiq edilir.
Gəlin AIOps nədir və iş həyatınızda ona ehtiyac var ya yox, öyrənək.
AIOps
ifadəsinin açılışı “Artificial Intellegence for IT operations” ,daha dəqiq isə
“IT əməliyyatları üçün Süni İntellekt”. Süni İntellektin IT əməliyyatların
avtomatlaşdırılması və onlara xidməti bu ifadə altında nəzərdə tutulur. Sİ-in
bu sahədə tədbiq dairəsinə də nəzər yetirmək vacibdir.
·
Yüksək çeviklik
Sİ-dən istifadə edərək,bir neçə işçinin köməyindən
isifadə etməyərək tez şəkildə praktiki məlumatları almaq mümkündür.Bu səbədən,mütəxəssislər
AIOps-dan istifadə edərək,məlumatlar barədə yaranan sualların həllində sadəcə
komandalara əlavələr edirlər. Həmçinin, Sİ-dən istifadə edərək mütəxəssislər
vaxtlarını sadə səhvlərə və məqamlara
yox,daha çox mürəkkəb və unikal olanlara sərf edə bilərlər. Bu sadə səhvlər
rahatlıqla Sİ tərəfindən həll oluna bilər.
·
Vaxta qənayət
AIOps sistemi məlumatları geniş şəkildə
analiz edir,incələyir,və nəticədə vaxtında sistemdə yarana biləcək problemləri
və onların səbəblərini göstərir. Beləliklə,vaxtında yarana biləcək səhvləri müəyyən
etmək və onları həll etmək üçün müvafiq tədbirlər görmək olar.
·
Sistem səhvlərindən məlumat və
proqnoz
AİOps vasitəsi ilə sistem səhvlərini proqnoz
etmək olar. Sistemin özü bunu ML (machine learning-maşın öyrənməsi) vasitəsi ilə
edir. ML böyük həcmli məlumatları analiz edir və müəyyən nəticələr çıxardır (
bu nəticələr,məlumatların böyük həcmli olduğundan, insan tərəfindən müəyyən
edilə bilməz). İşçilər,bu nəticələri vaxtında görüb məlumatları real zaman şəklində
incələnməsini seçə bilərlər.
·
İT əməliyyatlarının optimizasiyası
Gündəlik həyatda işçilər iri həcmli məlumat
bazaları ilə işləyirlər. Bəzi sadə prosseslərin tezləşdirmə məqsədi ilə Sİ-dən
istifadə olunur.Beləliklə bəzi sadə əməliyyatlar avtomatlaşdırılır və işçilərin
diqqəti daha mürəkkəb işlərə keçir,vaxta qənayət olunur.
·
Bulud sistemləri
AIOps-un istifadəsi ilə bulud sistemləri
daha avtonom (müstəqil) xarakter alır və prossesin özündə insanın rolu azalır.
Bulud sistemlərin müstəqil xarakteri sayəsində əsas əməliyyatlar Sİ tərəfindən
keçirilir və hər səviyyədə ancaq əməliyyatların bir hissəsi insanın öhdəliyində
olur. Beləliklə,işçilər,şəbəkələrdə mürəkkəb məlumatlar köçürülməsi barədə
narahat olmurlar,və rahatlıqla bu prossesləri fərqli bulud sistemlərində idarə
edirlər. Qeyd etmək lazımdır ki,AIOps-un güclü tərəflərindən biri bulud sistemlərinin
təhlükəsizliyinin artırılmasıdır. Proqnoz haqqında bəhs etdikdə,bunu bulud
sistemlərinə də aid edə bilərik,harada ki səhvlər və təhlüklər tez şəkildə Sİ tərəfindən
görülə bilər.
·
Tədbiqlərin yaradılması
Mobil və ya digər növ tədbiqlərin
yaradılmasının ilkin mərhələlərində
proqrammçılar tez-tez bu sistemi kodlarda mümkün olan səhvləri tapmaq üçün
istifadə edirlər. Beləliklə onlar kodun yoxlanılmasını avtomatlaşdıra və mövcud
səhvləri görüb daha da keyfiyyətli nəticəni əldə edə bilərlər.
Həmçinin oxşar bir anlayışa da rast gəlmək
olar- DevOps -müəyyən bir metodikadır,hansı ki iş prosseslərin
avtomatlaşdırılmasını nəzərdə tutur. Daha çox işin keyfiyyətinin və çevilkiyin
artırılması üçün yaradılan bir sistemdir (AIOps kimi,lakin o daha çox Sİ təşkil
edir). DevOps mütəxəssisləri AIOps-dan vaxta qənayət və proqrammalrın keyfiyyətinin
artırmaq məqsədi ilə istifadə edirlər.
AIOps-un mümkün təbiq dairələrinə nəzər
yetirdikdən sonra ,anlamaq olar ki,bu sistemin əsas məqsədi iş gücünün
azaldılması,vaxtın qənayəti və daxili sistemin təhlükəsizliyidir. Beləliklə,bu
sistemdən istifadə edərək,siz işinizi asanlaşdırıb, bir neçə müsbət nəticələrə
nail ola bilərsiniz.