Blog

HTML nədir və nə üçün lazımdır?

HTML nədir və nə üçün lazımdır?

HTML(HyperText Markup Language)- hipermətn işarələmə dilidir. İlk öncə,anlayış üçün,hipermətnin nə olduğuna aydınlıq gətirək.

Hipermətn- mətnlərin sistemidir,hansında proqramçılar saytın ünsürlərini yazıb,linklər vasitəsi ilə onları əlaqələndrirlər. Hipermətn vasitəsi ilə biz saytlarda mövcud olan linklərdən keçid edə bilirik,həmçinin foto və videoları aça bilərik. Nəticədə,hipermətn işarələməsi-müəyyən bir qaydalardı ki,onlara uyğun saytların mətni yaradılır.

HTML haqqında bəhs etdikdə,adətən onun proqrammalşdırma dili olub olmadığı haqqında sual yarana bilər. HTML işarələmə dilidir,proqrammlaşdırma yox. Onun əsas məqsədi veb-səhifədə olan ünsürləri struktur şəklində təqdim etməkdir. Lakin,HTML proqrammlaşdırma dili olmasa da,onun haqqda ilkin biliklər olmadan proqrammlaşdırma dilllərinin öyrənilməsinə keçid edilməməlidir.

HTML nə üçün lazıdmır:onun əhəmiyyəti.

  • ·       Veb-saytın elementlərini strukturlaşdırır və tərtib edir: başlıqlar,paraqraflar,siyahılar və cədvəllərdən istifadə edərək ierarxik struktur yaradır.
  • ·       Digər saytlara keçid almaq üçün istifadə olunan hiperlinkləri yaratmaq olar.
  • ·       HTML vasitəsi ilə mətnlər,şəkillər,cədvəllər,video və audiolar göstərilir.
  • ·       HTML isitfadə edərək,cədvəllər və ya formalar yaratmaq olar(məsələn,formalar vasitəsi ilə saytın istifadəçiləri telefon nömrəsi və ya emaildən istifadə edərək qeydiyyatdan keçirlər).

Beləliklə,brauzer  internetdə səhifəni açanda,HTML-kodu yükləyir(həmin kod mətn faylında yazılmışdır),və sonra,bütün ünsürlər struktura əsasən düzülürlər.Və nəticədə,sayt,istifadəçiyə rahat olan bir forma alır,və istifadə daha da asanlaşır.

Üstünlükləri və çatışmamazlıqları.

Üstünlükləri.

  • ·       Sadəlik və əlçatanlıq:bəhs etdiyimiz işarələmə dili istifadədə və öyrənməkdə sadə və asandır,və istənilən mətn redkatorunda yazıla bilər.
  • ·       Rahat adaptasiya olunan dizayn: HTML müasir versiyalarında,teglər,bir saytın fərqli cihazlarda istifadə olunması üçün kömək edirlər.
  • ·       HTML vasitəsi ilə,digər elementlərdən istifadə etmədən,sadə saytlar yaratmaq olar. Məsələn,saytda kataloqlar,portfolio,bloglar və s. yaratmaq olar.

Çatışmamazlıqları.

  • ·       HTML-in proqrammlaşdırma dili olmamasını nəzərə alaraq,ancaq onun vasitəsi ilə mürəkkəb saytların yaradılması qeyri-mümkün olacaqdır. Sadəlik və imkanların məhdud olduğu üçün,müasir bir sayt yaratmaq qeyri-mümkün olacaqdı və dinamika əlavə etmək üçün digər kodlardan istifadə olunacaqdır.
  • ·       HTML teglərin yeni versiyaları hər vaxt brauzerlər tərəfindən dəstəklənmədiyinə görə,çətinliklər yarada bilər (xüsusi ilə köhnə brauzerlərdə,yeni verisya teglər ilə çətinliklər yaranacaqdır).

 

Yuxarıda təqdim olanları nəzərə aldıqda,nəticə kimi qeyd olunmalıdır ki,HTML veb-saytların hazırlmasının əsasıdır və mühüm bir hissəsidir,lakin ancaq onun istifadəsi ilə kifayətlənsəz,geniş imkanları olan sayt yox,ancaq sadə dizayn və funksionalı olan sayt yarada bilərsiz.

Müəllif haqqında

Gülər Rəhimli

Son postlar

Yeniliklərdən və təkliflərdən ilk siz xəbər tutun