Rəqəmsal marketinq nədir?
Gündəlik
həyatda “rəqəmsal marketinq” ifadəsini hamımız eşitmişik,lakin mənasını hər
zaman başa düşmək mümkün olmamışdır. Təqdim olnunan məqalədə bu müasir ifadənin
sizin üçün mənasını ifadə etməyə çalışacayıq.
Sadə dillə,rəqəmsal
marketinq (digital marketing)- tanıdığımız marketinq sahəsidir,lakin burada
bizneslər rəqəmsal kanallar və müştərilərin şəxsi cihazları vasitəsi ilə
alıcılar ilə əlaqə yaratmağa çalışırlar. Gündəlik həyatda elektron cihazlarn
mühüm yer tutduğunu nəzərə alaraq,bizneslər bundan maksimal dərəcədə
faydalanmağa çalışırlar: sosial şəbəkə vasitəsi ilə reklam, e-mail(elektron
poçt),axtarış sistemləri və s.
Şirkətlər,
rəqəmsal marketinqdən istifadə edərək,kanallar vasitəsi ilə alıcılara təsir
göstərirlər. Gəlin ən əsas və daha çox istifadə olunan kanallara nəzər yetirək.
1.
E-mail marketinq.
Rəqəmsal
marketinqin ən çox istifadə edilən növlərindən biridir. Bu kanal vasitəsi ilə
siz müştərilərinizə tez şəkildə yeni aksiyalar,endirimlər,yeniliklər,məhsul və
xidmətlər haqqında məlumat verə bilərsizniz. İlk oncə müştərindən e-mail-dən
istifadə icazəsini alıb,sonra isə müvafiq kütləyə yönəlmiş göndərişlər edə bilərsiniz.
Bu rəqəmsal marketinq kanalı müştərilər ilə,həmçinin digər şirkətlər ilə əlaqə
saxlamağın rahat yoludur.
2.
SMS marketinq və zənglər.
Tez-tez
biz müxtəlif banklar,mağazalar və s. tərəfindən zənglər və ya sms-lər alırıq.
Bu vasitə istifadə üçün çox rahatdır,çünki müştəri ilə bilavasitə əlaqə
yaradılır və onların reklam prosesinə cəlb edilməsi daha da asanlaşır. Müştəri
tərəfindən ignor edilmə şansı,e-mail-lərə baxanda daha da azalır,çünki e-mail-lər
tez-tez səhvliklə qara siyahıya düşürlər və ya alıcının özü tərəfindən ignor
edilirlər.
3.
Sosial şəbəkə marketinqi(SMM).
Axır
dönəmlərdə tez-tez SMM menecer deyə bir vakansiya barədə eşitmək olar. Sosial şəbəkələrin
daha da çox istifadə edilməsi və rəqəmsal marketinqin məhz bu sahəsinin genişlənməsi
nəticəsində bu vakansiyaya tələb yaranmışdır. Əhalinin çox hissəsi sosial şəbəkələrdən
geniş olaraq istifadə edir və vaxtlarının çoxusunu orada keçirirlirlər:Instagram,TikTok,YouTube
və s. Sosial şəbəkələrdə öz xidmətininzin və ya məhsulunuzun reklamı brendin
daha da tez artmasına səbəb olar. Lakin,bizim günlərdə sosial şəbəkələrdə
reklamın çoxluğuna fikir versək,reklamda kifayət gədər kreativ olmaq lazımdır,və
unikal bir şəkildə müştəriyə təqdim edilməlidir.
Bəhs
etdiyimiz marketinq kanalına həmçinin video-marketinqi də əlavə edə bilərik. Video-marketinq
isə,adından bilindiyi kimi,reklamın sırf video vasitəsi ilə edilməsində nəzərdə
tutur.Bu növ üçün İnstagram Reels,YouTube Shorts,TikTok kimi platformalar
tövsiyə olunur,çünki qısa video formatı insanlar tərəfindən sevilir və izlənilir,və
brendlər üçün qısa vaxt ərzində məhsullarını reklam etməyə imkan yaradır.
4. Təsir
agentləri vasitəsi ilə reklam(influencers).
Təqdim
olunan reklam növü kifayət gədər uğurludur,çünki birbaşa məqsəd kütləyə yönəlir.Fərz
edək ki,siz eko-qida məhsullarının satışına başlayırsınız.İrəli getmək üçün siz
aşbaz-blogerdən reklam ala bilərsiniz,hansının izləyiciləri yemək pişirməklə
maraqlanır,həmçinin təmiz və təzə məhsullar ilə. Bu sahədə həm də blogerlərə məhsulların
göndərilmə təcrübəsi çox genişdir. Onlar sizlərin məhsulları və ya xidməti
haqqında rəy bildirir və alış-satış prosesinə təsir göstırir.Çox vaxtlar kosmetika
firmaları məhşurlara PR(public relations) hədiyyələr göndərir,hansında
eksklyuziv məhsullar olur.Məhşurun rəy bildirməsi,biznesin ilərləməsinə təsir
göstərir,həm də məhsulun sırf satış üçün təkminləşdirilməsi ilə də nəticələnir.
Təqdim olunan məqalədə rəqəmsal marketinqin mənası
və əsas kanalları barədə bəhs edilmişdi.Nəzərdə tutmaq lazımdır ki hər brend
üçün bu sahə mühüm rol oynayır,və daha yaxşı nəticələr əldə etmək üçün düynayda
olan hadisələrdən xəbərdar olmaq və bu sahəyə diqqətlə nəzər yetirmək lazımdır.