Kibertəhlükəsizliyin həyatımızda əhəmiyyəti
Hər
birimizin gündəlik həyatında internet əhəmiyyət daşıyır. Cihazalarımızda sənədlər,bank
kartlarımız barədə kifayət qədər məlumat vardır. Şəbəkələrdə şəxsi məlumatlarımızın
qorunmasını və təhlükəsizliyin təmin oluması məqsədi ilə kiber təhlükəsizlik
kimi yeni sahə yaranmışdır. Bu sahənin mütəxəssisləri cihazların və şəbəkələrin
təhlükəsizliyini qorumağa və kompüter informasiya sahəsində olan cinayətlərin
qarşısını almağa çalışırlar. Gəlin bu maraqlı sahə barədə daha da çox məlumat
alaq.
İlk
öncə kiber təhükəsizliyin əsas məqsdələrinə nəzər yetirək.
- ·
Təhlükəsizliyin təmini
Təqdim olunan sahədə əsasən şəbəklərin,software(proqram
təminatı),cihazların,məlumat bazasının və digər şəxsi məlumatlar olan mənbəllərin
təhlükəsizliyi təmin edilir. Adətən, böyük şirkətlər bu növ hücumlara məruz
qalırlar və böyük həcmli məlumatlarını itirirlər. Oğurlanan məlumatlar şantaj,rəqiblərə
satılmaq və ya internetdə yayılma məqəsədi ilə istifadə oluna bilərlər. Kiber hücümlar
böyük şirkətlər üçün real bir təhlükədir,və reputasiyalarına mühüm təsir göstərə
bilər. Bu səbəbdən,sahənin mütəxəssisləri mütləq şəkildə qoruma sistemini
quraşdırırlar,və mövcud olan sistemdə çatışmamazlıqları düzəldirlər.
- ·
Gələcək təhlükələri görmək və onların qarşısını almaq
Hər an hesablara təhlükə yaradan bir hadisə
baş verə bilər. Kiber təhlükəsizliyin məqsədi vaxtında bu hadisələrə fikir vermək
və tezliklə qarşısını almaqdır.Məsələn,kiber təhlükələrə qarşı görülən tədbirlərdən
biri şübhəli hesabın vaxtında bloklanması və ya ondan məhdud istifadə imkanı
verməkdir.
- ·
Məlumatların qorunması
İsitfadəçinin məlumatları(məsələn,telefon
nömrəsi,e-mail,hesabın şifrəsi) hər vaxt qorunmalıdır və istifadəçinin özünə əlçatan
olmalıdır. Hesab heç bir halda istifadəçi üçün itirilməməlidir,bu səbəbdən müvafiq
mühafizə (məsələn ikifaktorlu autentifikasiya və s.) təmin olunmalıdır.
- ·
İşçilərin bilgili olması
Şəbəkələr,proqramlar və istifadəçilərin şəxsi
məlumatları ilə işləyən hər əməkdaş kiber təhlükəsizliyin əsas qaydalarından xəbərdar
olmalıdı.Məsələn, ümümi WI-FI şəbəkəsi ilə şirkətin software-nə qoşulma hücüm
üçün şərait yarada bilər. Və ya iş hesabı vasitəsi ilə şübhəli linklərə keçid.
Belə təhlükləli halların qarşısını almaq üçün,hər işçi əsas qaydaları bilməlidir
və onlara riayət etmək məcburiyətindədir.
Özümüzü kiber-təhlükələrdən necə qoruya bilərik?
- · İlk öncə,şübhəli linklərdən istifadə etməmək,xüsusi ilə əgər
tanınmayan bir hesab tərəfindən gödərilirlərsə. Şübhəli saytlardan ya da mesaj
vasitəsi ilə göndərilən məlum olmayan faylları yükləməmək.
- ·
Mürəkkəb,güvənilən,bir neçə işarə,rəqəm,nişanlardan ibarət olan şifrələri
yaratmaq.
- ·
İkifaktorlu autentifikasiyandan istifadə etmək.
- ·
Şübhəli SMS-lərdən keçid almamaq,xüsusi ilə əgər banklar və ya dövlət
qurumları tərəfindən göndərilərlərsə (onların adından istifadə edilir).
- ·
Yoxlanılmış antivirus proqramlarını yükləmək.
- ·
Mütəmadi olaraq məlumatlarınızın rezerv kopyalamasını(backup) keçirmək.
Rezerv kopyalama məlumatların itmə halında onların bərpa olunmasına şərait yaradacaq.
- · Sosial şəbəkəlrədə publik şəkildə şəxsi məlumatlarınız,şifrələriniz,bank hesabınızın məlumatları ilə bölüşməmək.
Hər birimiz kiber təhlükə ilə qarşılaşa bilərik.
Müvafiq tədbirlər görüldüyü təqdirdə,biz kiber hücümlara düzgün cavab verib,məlumatlarımızı
qoruya biləcəyik.