Disaster Recovery və Backup Sistemləri: əsas fərqlər
Backup sadəcə məlumatın surətidir. Disaster recovery isə təkcə faylları yox, bütün sistemi, xidmətləri və iş proseslərini yenidən işə salmaq üçün hazırlanmış plan və yanaşmadır. Yəni backup məlumatı qoruyur, amma disaster recovery şirkətin dayanma müddətini azaltmağa, əməliyyatları bərpa etməyə və qısa zamanda yenidən online olmağa kömək edir. Sadə dillə desək, backup “məlumatım var” deməkdir, disaster recovery isə “biz neçə dəqiqəyə işə qayıdacağıq” sualının cavabıdır.